"Yuventus" "Sassuolo" və Bosniya və Herseqovina millisinin müdafiəçisi Tarik Muharemoviç "rənglərinə bağlamağa" yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.

 

Turin klubu 23 yaşlı futbolçu üçün qarşı tərəfə 15 milyon avro zəmanətli, üstəgəl əlavə 3 milyon avro da bonus şəklində təklif edib. "Yuventus" artıq oyunçu ilə 2031-ci ilə qədər şəxsi müqaviləni razılaşıb. Anlaşmaya əsasən futbolçu ildə 2,2 milyon avro qazanacaq.

 

Muharemoviç "Yuventus"un öz yetirməsidir. Müdafiəçi 2025-ci ilin yayında "Sassuolo"ya satılıb. 

 

Qeyd edək ki, Muharemoviç ötən mövsüm bütün turnirlərdə 33 oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə edib. Müdafiəçi həmçinin Bosniya və Herseqovina milli komandasında da üç oyun keçirib.