İngiltərənin "Nottingem Forest" klubu baş məşqçi postuna Oliver Qlasneri gətirməyə hazırlaşır. Sport24.az xəbər verir ki, barədə insayder Fabrisio Romano "X" sosial media hesabında paylaşım edib.
Tərəflər arasında bütün məsələlər razılaşdırılıb və avstriyalı mütəxəssisin yaxın günlərdə komandaya rəsmən təqdim olunacağı gözlənilir.
Qlasner bu gün istefaya göndərilən Vitor Pereyranı əvəz edəcək. Son olaraq "Kristal Pelas"ı çalışdıran 50 yaşlı mütəxəssis yeni klubuna öz məşqçi heyətinin əsas üzvlərini də gətirəcək.
Bundan başqa, Oliver Qlasner "Nottingem Forest"də transfer qərarlarının qəbulunda da söz sahibi olacaq.