Azərbaycanın basketbol hakimləri gənclər arasında keçiriləcək Avropa çempionatlarına təyinat alıb. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

 

Hakimlər Ruslan Xalıqov, Urfan Bayramlı, Toğrul Həsənov və hakim-komissar Asif Bağışov qitə birinciliklərində iş başında olacaqlar.

 

R.Xalıqov U-18, U.Bayramlı U-20, T.Həsənov U-20, A.Bağışov isə U-16 Avropa çempionatının B divizionunun qarşılaşmalarını idarə edəcək.

 

Xatırladaq ki, Avropa birincilikləri iyul və avqustda gerçəkləşəcək.