"Gəncə" basketbol klubu baş məşqçi Halil Atlı ilə başa çatan müqaviləni yeniləməyib. Sport24.az klubun mətbuat xidmətinə istinadən bildirir ki, "Gəncə" türkiyəli mütəxəssislə yollarını ayırıb.

 

Halil Atlı son iki mövsümdə komandanı çalışdırıb. Onun rəhbərliyi altında "Gəncə" Azərbaycan Kubokunun qalibi, liqanın bürünc mükafatçısı olub.

 

"Klubumuz fəaliyyətinə görə Halil Atlıya təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır", - mətbuat xidmətinin açıqlamasında deyilir.