ABŞ-ın universitet komandalarının çıxış etdiyi nüfuzlu NCAA liqasında mübarizə aparan “Sirakyuz” komandası əfsanəvi baş məşqçisi Ceym Beyhaymla yollarını ayırıb. Sport24.az xəbər verir ki, 1976-cı ildən bu komandanı çalışdıran mütəxəssis 78 yaşında istefa vermək qərarına gəlib.
O, komandasının “Ueyk Forest”ə 74:77 hesabıyla məğlubiyyətindən sonra məşqçilik karyerasını bitirdiyini açıqlayıb.
Xatırladaq ki, məşhur MBA ulduzu Karmelo Enoni 2003-cü ildə məhz Beyhaymın başçılığı altında “Sirakyuz”la NCAA çempionu olmuşdu.