Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəylik Oyunlarında yarımfinala adlayan Azərbaycanın qadın həndbolçulardan ibarət millisinin rəqibi müəyyənləşib.

Sport24.az xəbər verir ki, bu, dünən A qrupunda meydan sahibi Türkiyəyə 29:42 hesabı ilə uduzmuş Özbəkistan millisidir.

Özbəkistan bununla da yarımfinalda B qrupunun lideri Azərbaycanın rəqibi olub.

Azərbaycan – Özbəkistan görüşü sabah keçiriləcək. Həmçinin həmin gün Türkiyə ilə Kamerun finala çıxmaq üçün mübarizə aparacaq.