"Araz-Naxçıvan" klubu ötən gün baş məşqçi postundan uzaqlaşdırdığı Zaur İsmayılova yeni vəzifə verib. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
Belə ki, mütəxəssis Naxçıvan təmsilçisinin akademiyasının kordinatoru təyin olunub.
Xatırladaq ki, Zaur İsmayılov ötən gün Cavid Hüseynovla birgə istefaya göndərilmişdi.