"Murov Az Terminal" voleybol klubu heyətinə yeni voleybolçu cəlb edib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Millinin də şərəfini qoruyan 21 yaşlı Aslan Həmidovu 2026/2027 mövsümündə komandanın formasını geyinəcək.
Qeyd edək ki, Həmidov son üç mövsümdə "Azərreyl"də çıxış edib.