Almaniya millisinin baş məşqçisi Yurgen Klopp komandanın "sükanı arxasında" keçirəcəyi ilk oyundan əvvəl azarkeşlərə müraciət edib. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb:

 

"Salam. Bəziləriniz məni tanıyırsınız, bəziləriniz isə yox. Mən Almaniya millisinin yeni baş məşqçisiyəm və buna görə çox şadam. Bilirəm ki, siz bizi hər yerdə – dünyanın dörd bir yanında dəstəkləyirsiniz. Buna görə təşəkkür edirəm. Bəlkə də stadionda görüşəcəyik. İşə başlamağı səbirsizliklə gözləyirəm. Başlayaq".

 

Qeyd edək ki, Almaniya millisi sentyabrın 24-də Millətlər Liqasında Niderland, sentyabrın 27-də isə Yunanıstanla qarşılaşacaq.