"Liverpul", "Arsenal" və "Mançester Siti" "Feyenoord"un müdafiəçisi Civairo Ridi heyətinə qatmaqda maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "Teamtalk" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 20 yaşlı niderlandlı futbolçu aparıcı klublarda yaxşı təəssürat yaradıb və "Liverpul" müdafiənin sağ cinahındakı problemi onun həll edəcəyini düşünür. 

 

"Qırmızılar" yeni mövsümdə yüksək performans göstərən, meydana çıxdığı 7 oyunda 5 məhsuldar türmə edən Ridi yaxından izləyir.

 

Qeyd edək ki, 20 yaşlı niderlandlının "Feyenoord"la müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədədir. "Transfermarkt" onun dəyərini 25 milyon avro qiymətləndirir.