"Tottenhem" azad agent statusunda olan hücumçu Mauro İkardi ilə müqavilə bağlamaq niyyətində deyil. Sport24.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
Mənbənin sözlərinə görə, İtaliyada London klubunun 33 yaşlı argentinalı futbolçuya maraq göstərməsi barədə xəbərlərin yayılmasına baxmayaraq, İngiltərə təmsilçisi hazırda onu real variant kimi nəzərdən keçirmir.
Bundan əlavə, İkardinin karyerasını davam etdirməsi üçün ən ehtimal olunan məkan hazırda A Seriyasıdır. "Latsio" argentinalı futbolçunu heyətinə qatmaqda maraqlı olan bir neçə klub sırasındadır.
Keçidi qeyri-mümkün edən əsas amil ondan ibarətdir ki, "Tottenhem" İkardini 2027-ci ilin yanvarına qədər sifariş ərizəsinə daxil edə bilməz. Belə ki, klub artıq Premyer Liqa oyunları üçün 25 nəfərlik sifariş ərizəsinisi təqdim edib. Bu vəziyyət, qısamüddətli perspektivdə belə bir transferin həyata keçirilməsini mənasız edir.
Qeyd edək ki, İkardi hazırda azad agent statusundadır. O, mövsümlərarası fasilədə "Qalatasaray"dan ayrılıb. İkardi karyerası ərzində və PSJ, "İnter" və "Sampdoria" klublarında da çıxış edib.