Azərbaycan şahmatçısı Vüqar Rəsulov Türkiyənin Çeşmə şəhərində keçirilən beynəlxalq turnirdə üçüncü yeri tutub. Sport24.az xəbər verir ki, o, ilk dörd turda iki dəfə uduzaraq yarışa yaxşı başlamayıb.
Şahmatçımız sonradan ardıcıl beş qələbə qazanıb. Son turda Aleksandr Xaritonov (FİDE) üzərində qələbə Vüqara 7 xal toplamağa və liderlərlə çatmağa imkan verib. O, yalnız əlavə göstəricilərə görə, yerli şahmatçı Arpaslan İşıq və ikinci olan Vladislav Kovalyovdan (FİDE) geri qalıb.
Qeyd edək ki, turnirdə ümumilikdə 14 ölkədən 75 şahmatçı iştirak edib.