Oktyabr 4-7-də şahmatın rapid və blits növləri üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək. Sport24.az xəbər verir ki, kişilər arasında ölkə çempionatında FİDE əmsalı (klassik, rapid və ya blits) 2100-dən yuxarı olan, qadınlar arasında isə 2000-dən yuxarı olan şahmatçılar iştirak edə biləcəklər.

Ölkə çempionatının ümumi mükafat fondu 8000 manat təşkil edəcək. Bu məbləğin 5000 manatı kişilərin, 3000 manatı isə qadınların turnirində oynanılacaq.

 

Qeyd edək ki, Azərbaycan çempionatı rapid və blits üzrə dünya çempionatına seçmə xarakter daşıyır. Ölkə çempionatlarında ilk 3 yeri tutan şahmatçı ABŞ-ın Nyu-York şəhərində təşkil olunacaq dünya çempionatına ezam olunacaq.