Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsinin bütün iştirakçıları bəlli olub. Sport24.az xəbər verir ki, turnir cədvəlində ilk 8 yerin sahibi həlledici raundda iştirak edəcək.

Azərbaycan şahmatçılarından Teymur Rəcəbov 9 mərhələnin yekununda 133 xalla 4-cü olaraq  finala vəsiqə qazanıb. 26 xal toplayan Şəhriyar Məmmədyarov isə 12-ci yerlə kifayətlənib və turnirdən kənarda qalıv.

Final mərhələsi sentyabrın 25-də Norveçin paytaxtı Osloda başlayacaq.

Qeyd edək ki, Rəcəbovun indiyədək qazancı 103 min 968, Məmmədyarovun isə 30 min 323 ABŞ dollarıdır.