Formula 1 üzrə dünya çempionatında mövsümün ilk Qran-prisində “Aston Martin”in heyətində dəyişiklik ola bilər. Sport24.az xəbər verir ki, velosipeddən yıxılaraq ciddi zədələnən Lens Strollu braziliyalı pilot Felipe Druqoviçin əvəzləyəcəyi gözlənilir.

Komandanın mətbuat xidmətindən verilən məlumata görə, kanadalı yarış iştirakçısı hələ də tam sağalmayıb. O, bərpa prosesini başa vurmayana qədər Fernando Alonso ilə birgə məhz Druqoviç trassa çıxacaq.

Yeri gəlmişkən, bəzi mənbələrin məlumatına görə Strollun hər iki əlində sınıq var. O, yalnız aprelin sonunda Bakıda keçiriləcək Azərbaycan Qran-prisində mübarizəyə qoşula biləcək.