Serbiyalı tennisçi Novak Cokoviç britaniyalı Endi Marrey ilə işbirliyinə son qoyduğunu açıqlayıb. Sport24.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

 

"Məşqçi Endiyə son altı ayda meydanda və meydandan kənarda gərgin işinə və göstərdiyi dəstəyə görə təşəkkür edirəm. Dostluğumuzun möhkəmlənməsindən çox zövq aldım".

 

Britaniyalı da Novakla bağlı fikirlərini  paylaşıb: "Birlikdə işləməyə imkan yaratdığına görə Novaka təşəkkür edirəm. Onun bütün komandasına son altı ayda göstərdiyi zəhmətə görə təşəkkür edirəm. Novaka mövsümün qalan hissəsində ən yaxşısını arzulayıram".