"Qarabağ"ın Azərbaycan Premyer Liqasının XXXV turunda "Kəpəz"ə qarşı keçirəcəyi oyunun biletləri satışa çıxarılıb. Sport24.az xəbər verir ki, satış bu gün saat 12:00-dan etibarən başlayıb.

 

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

 

"Qarabağ" Premyer Liqada çempionluğu təmin edib. "Atlılar" bu görüşdən sonra kubokuna qovuşacaq.

 

Mayın 18-də keçiriləcək oyuna saat 19:00-da start veriləcək.