"Bavariya" Conatan Taha 3 illik müqavilə təklif edib. Sport24.az xəbər verir ki, Münhen təmsilçisi "Bayer"in mərkəz müdafiəçisi üçün hərəkətə keçib.

 

Almaniya nəhəngi Tahı azad agent kimi heyətinə qatmağı planlaşdırır. 29 yaşlı müdafiəçinin "Bayer"lə müqavilə müddəti mövsümün sonunda başa çatacaq. Amma alman futbolçu "Bavariya"nın təklifinə konkret cavab verməyib.

 

Conatan 2015-ci ildən "Bayer"də çıxış edər və müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.