"Əl-Hilal"ın hücumçusu Aleksandr Mitroviç Türkiyədə çıxış edə bilər. Sport24.az xəbər verir ki, "Fənərbaxça" serbiyalı futbolçunu heyətinə qatmaq istəyir.
Bu barədə "Sabah" nəşri məlumat yayıb.
Türkiyə klubu Mitroviç üçün "Əl-Hilal"la danışıqlara başlayıb. Türkiyə klubu 30 yaşlı forvrad üçün qarşı tərəfə Yussef En-Nesirini təklif edib. Ərəblər hələ ki, bu təklifə cavab verməyib.