Braziliya milli komandasının baş məşqçisi postuna təyin olunmuş Karlo Ançelotti təyinatı haqda danışıb. Sport24.az xəbər verir ki, hazırda "Real"ı çalışdıran italyan mütəxəssis ispaniya mətbuatına açıqlama verib.
65 yaşlı məşqçis Madriddə son günərini keçirdiyini bildirib:
"26 may tarixindən Braziliya milli komandasının baş məşqçisi kimi işə başlayacağam. Hazırda "Real"dayam və son günlərimi ən yaxşı şəkildə dəyərləndirmək istəyirəm. Kluba, azarkeşlərə və oyunçulara hörmətlə yanaşıram. Hansısa peşmanlığım varmı? Qətiyyən yoxdur. Burada keçirdiyim vaxt çox dəyərli idi".
Qeyd edək ki, Karlo Ançelotti Braziliya Futbol Federasiyası ilə 1 illik müqavilə imzalayıb.