Misli Premyer Liqasında 2024/2025 mövsümünün qalibi "Qarabağ" mükafatlandırılacaq. Sport24.az xəbər verir ki, tədbir 18 may tarixində "Azersun Arena"da keçiriləcək.
XXXV tur çərçivəsində, saat 19:00-da start götürəcək "Kəpəz"lə oyundan sonra stadionda təltifetmə mərasimi baş tutacaq.
"Qarabağ"a çempionluq kuboku və qızıl medallar təqdim olunacaq.