Azərbaycan klublarının UEFA reytinqindəki mövqeyi müəyyənləşib. Sport24.az xəbər verir ki, təmsilçilərimiz arasında ən yaxşı nəticə hazırda 69-cu pillədə olan "Qarabağ"a məxsusdur.

 

Son 5 mövsümün nəticələrinə əsasən tərtib olunan siyahıda ağdamlıların aktivində 32,000 xal var.

 

Digər klublarımızdan "Neftçi" (8,000 xal) 187-ci, "Zirə" (4,000 xal) 318-ci, "Sabah" (4,000 xal) 319-cu, "Sumqayıt" (4,000 xal) 323-cü, "Qəbələ" (3,000 xal) 337-ci, əvvəllər "İnter" və "Keşlə" adları ilə fəaliyyət göstərmiş "Şamaxı" (2,500 xal) isə 338-ci yerdədir.

 

Qeyd edək ki, Avropanın 427 klubunun yer aldığı siyahının ilk pilləsində 143,500 xalla "Real" qərarlaşıb. "Mançester Siti" (137,750 xal) ikinci, "Bavariya" (135,250 xal) üçüncüdür.