"Sumqayıt" mövsümlərarası fasilədə heyətdə radikal dəyişiklər etməyi planlaşdırır. Sport24.az-ın əldə etdiyi məlumata görə, rəhbərlik cari mövsümün sonunda müqaviləsi başa çatan legionerlə vidalaşmaq fikrindədir. 

 

Əcnəbilərdən yalnız ikisi - Tresor Mossi və Ronaldo Vaskezin yeni "futbol ili"ndə də "kimyaçılar"ın düşərgəsində qalacağı gözlənilir.

 

Miloş Miloviç, Alan Dias, Bobur Abdikholikov, Casurbek Caloliddinov, Giorgi Karaişvili, Momo Yansene və Silvanus Nimeli ilə müqavilələr yenilənməyəcək.

 

Qeyd edək ki, 34 turdan sonra aktivində 30 xal olan "Sumqayıt" turnir cədvəlinin 9-cü pilləsində qərarlaşıb