Azərbaycanlı pilot Davin Cəfərov EK125 CC kateqoriyası üzrə Portuqaliya kubokunun qalibi olub. Sport24.az xəbər verir ki, 16 yaşını sentyabrda qeyd edəcək təmsilçimiz "Bombarral İnernational Kartodromo Oeste"də keçirilən yarışda bütün rəqiblərini üstələyib.

 

Portuqaliya kubokunun 1-ci mərhələsində qalib olan pilotumuz 2-cü yürüşdə ikinciliklə kifayətlənib. Final xarakterli 3-cü mərhələdə də finişə hamıdan öndə çatan Davin kuboka yiyələnib.

 

Bununla da idmançımız Avropa çempionatına yeganə vəsiqəyə sahib çıxıb. O, qitə arenasında "BirelAreti" komandasını və Portuqaliyanı təmsil edəcək.

 

Qeyd edək ki, Davinin növbəti sınağı mayın sonunda olacaq. O, Palmela Beynəlxalq Trekində X30 kateqoriyasında çıxış edəcək.