Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində hokkey üzrə "Galaxy Cup" beynəlxalq turniri keçirilib. Sport24.az xəbər verir ki, yarışda "Ocaq Sport" Klubunun 2013-15-ci il təvəllüdlülərdən ibarət komandası debüt edib.

 

6 klubun iştirakı ilə təşkil olunan turniri hokkeyçilərimiz bürünc medalla başa vurublar. "Ocaq Sport"un qapıçısı İlkin Qəmbərov isə komandamızın ən yaxşı oyunçusu adına layiq görülüb.