Basketbolun 3x3 növü üzrə komandaların dünya reytinqi açıqlanıb. Sport24.az xəbər verir ki, qadınlardan ibarət Azərbaycan millisi də siyahıda yer alıb.

 

Hesabında 93, 106 xal olan yığma sıralamada 29-cudur. Millimiz ötən ayla müqayisədə 10 pillə irəliləyib.

 

Qeyd edək ki, cədvələ aktivində 495,000 xal olan Niderland başçılıq edir.