Bakıda minifutbol üzrə dünya çempionatına həsr olunan "Legends Cup" keçiriləcək. Sport24.az xəbər verir ki, Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə ölkə futbolunun əfsanələri arasında matç baş tutacaq.

 

"Neftçi 2000-lər" və "Premyer Liqa məşqçiləri" arasında oynanılacaq "Legends Cup" mayın 19-da Milli Gimnastika Arenasında keçiriləcək. Qarşılaşma saat 20:00 da başlanacaq.

 

Qeyd edək ki, Bakıdakı dünya çempionatı mayın 21-də start götürəcək və iyunun 1-də başa çatacaq.