"Napoli"nin baş məşqçisi Antonio Konte A Seriyasında "Cenoa"ya qarşı keçirdikləri oyunu şərh edib. Sport24.az xəbər verir ki, mütəxəsssis 2:2 hesabıyla başa çatan matçla bağlı bunları deyib:

 

"Cenoa" iki dəfə qapıya zərbə vurdu və hər ikisi qolla nəticələndi. Futbolda belə hallar olur. Məyusedicidir, çünki çoxlu imkanlarımız var idi və qələbə qazanmalıydıq. Xal itkisi təəssüf hissi yaradır. Buna layiq deyildik.

 

Liderliyimiz davam edir. Çempionluq üçün altı xala ehtiyacımız var. Skudettonu qazanmaq istəyiriksə, bununçün mübarizə aparmalıyıq".

 

"Napoli" sona iki tur qalmış 78 xalla birincidir. İkinci sıradakı "İnter"in isə 77 xalı var.