"Qəbələ" Futbol Akademiyasının meneceri Bəxtiyar Vaqifzadə Türkiyənin "Başakşehir" Futbol Klubu və Avropa Klublar Assosiasiyası (ECA) tərəfindən təşkil olunan "Peşəkar Futbol İdarəetməsi" proqramını uğurla tamamlayaraq məzun olub.

 

 Sport24.az xəbər verir ki, 4 ay davam edən proqram çərçivəsində iştirakçılar idarəetmə, skautinq, marketinq, gənclərin inkişafı, dayanıqlılıq və maliyyə kimi futbolun əsas sahələri üzrə dərin bilik və təcrübə qazanıblar.  

 

İstanbulda baş tutan məzuniyyət mərasimində Vaqifzadəyə diplomu "Başakşehir"in baş məşqçisi Çağdaş Atan təqdim edib.