"Arsenal"ın qapıçısı David Rayya karyerasını İspaniyaya yollana bilər. Sport24.az xəbər verir ki, ispan qolkiper "Real"a keçməyə hazırlaşır.

 

"Kral klubu" Rayya üçün danışıqlara başlayıb.

 

Transferin bu yay baş tutacağı gözlənilir.29 yaşlı qolkiperin "Arsenal"la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, 2024-cü il iyulun 4-dən "topçular"ın qapısını qoruyur. Rayya "Blekbern", "Brentford" komandalarında çıxış edib.