UEFA Çempionlar Liqasının final matçını idarə edəcək hakimlər müəyyənləşib. Sport24.az xəbər verir ki, "İnter"lə PSJ arasında baş tutacaq görüşdə Rumıniyadan olan hakimlər briqadası ədaləti qoruyacaq.
Oyunun baş hakimi İştvan Kovaç olacaq. Ona yan xətt hakimləri Mixay Marika və Ferens Tunyoqi kömək edəcəklər.
Dördüncü hakim funksiyasını portuqaliyalı Juan Pineyru yerinə yetirəcək. Dennis Hiqler (Hollandiya) və köməkçisi Katalin Popa (Rumıniya) isə VAR hakimi olacaqlar.
Qeyd edək ki, PSJ - "İnter" qarşılaşması 31 may tarixində, Bakı vaxtı ilə saat 23:00-da Almaniynın Münhen şəhərində baş tutacaq.