İngiltərənin "Mançester Yunayted" və "Tottenhem" klubları arasında keçiriləcək UEFA Avropa Liqasının final oyununu idarə edəcək hakimlər məlum olub. Sport24.az xəbər verir ki, matçı Almaniyadan olan hakimlər briqadası idarə edəcək.
Baş Feliks Şvayer olacaq. Ona yan xətt hakimləri Robert Kempter və Kristian Dits kömək edəcəklər.
Final mayın 21-də İspaniyanın Bilbao şəhərində keçiriləcək.