Əvəzedicilər Liqasında 34-cü tura yekun vurulub. Sport24.az xəbər verir ki, son gündə 2 oyun baş tutub.

 

Doğma meydanda "Araz Naxçıvan-2"ni qəbul edən "Qarabağ-2" 3:3 hesablı heç-heçə edib. "Kəpəz-2" isə evdə "Sumqayıt-2" ilə oyundan 1:3 hesablı məğlubiyyətlə ayrılıb.

 

Əvəzedicilər Liqası

34-cü tur
12 may

 

"Kəpəz-2" – "Sumqayıt-2" 1:3
Qollar:
 Cəlil Allahverdiyev, 10 – Sənan Muradlı, 19; 24. Nadir Orucov, 75.

 

"Qarabağ-2" – "Araz-Naxçıvan-2" 3:3
Qollar:
 Qurban Səfərov, 20. Nihat Mehralıyev, 39. Tuqay Əlizadə, 90+3-öz qapısına – İftixar İbrahimov, 30-pen; 55; 80.