"Barselona"da qapıçı Voytsex Şensnıya yeni müqavilə təklif olunub. Sport24.az xəbər verir ki, qolkiper bu barədə insayder Fabrizo Romanonun sorğusuna cavab olaraq bildirib.

 

O, klubdan 2 illik yeni müqavilə təklifi aldığını, ancaq hələ qərar vermədiyini deyib.

 

Şensnı qış fasiləsində "Barselona" ilə 6 aylıq sözləşməyə imza atıb.