Bu gün Azərbaycan Basketbol Liqasının final seriyasında beşinci oyun keçiriləcək. Sport24.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunacaq matçda "Sabah" "Neftçi" ilə üz-üzə gələcək.

 

Klublar indiyədək hərəyə iki qələbə qazanıblar.

 

Qeyd edək ki, final seriyasında 4 qalibiyyət əldə edən komanda Azərbaycan Basketbol Liqasının qalibi olacaq. Qarşılaşması saat 17:00-da başlayacaq.