Mərakeşin Rabat şəhərində Premyer Liqanın sonuncu mərhələsinə hazırlaşan karate üzrə Azərbaycan yığmasının heyətində dəyişiklik olub. Sport24.az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan Hüseyn Məmmədli də iştirak ərizəsində yer alıb.

 

İdmançı ötənilki Avropa çempionatının bürünc mükafatçısıdır.

 

Beləliklə, mayın 30-da start götürəcək Premyer Liqada beş karateçimiz mübarizə aparacaq: üçqat dünya çempionu İrina Zaretska (68 kq), Nuran Rzazadə, Hüseyn Məmmədli (hər ikisi 67 kq), Fərid Ağayev və Rəşid Süleymanov (hər ikisi 75 kq).

 

Qeyd edək ki, Rabatda 67 ölkədən 383 idmançı mübarizə aparacaq.