Beynəlxal Avtomobil Federasiyası (FIA) "Formula-1" yarışları zamanı radiodanışıqların efirə verilməsi ləğvini müzakirə edir. Sport24.az xəbər verir ki, bu barədə qurumun prezidenti Mohammed ben Suleyman deyib.

 

O, qeyri-etik ifadələr üzündən bu addımı atmaq niyyətində olduqlarını bildirib: "Radioefirləri bağlayırıq? Mümkündür. Ola bilər radiodanışıqlar müəyyən ləngimə ilə verilsin".

 

Qeyd edək ki, Qran-prilər zamanı pilotların danışıqları zamanı canlı yayımda qeyri-etik ifadələrə rast gəlmək mümkündür.