"Dəniz Mall" Ticarət Mərkəzində Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş fan zonada Avropa çempionu və dünya çempionatının ikiqat mükafatçısı Orxan Səfərovun imza mərasimi keçirilib. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, tədbir zamanı tanınmış cüdoçu azarkeşlərlə görüşüb, onlar üçün avtoqraf imzalayıb və xatirə fotoları çəkdirib.

 

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı 4–11 oktyabr tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.