UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçiriləcək "Fənərbaxça" – "Roma" və "Sportinq" – "Qalatasaray" matçlarının hakim təyinatları müəyyənləşib. Sport24.az xəbər verir ki, "sarı-lacivərdlilər"in qarşılaşmasını ispaniyalı hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Xesus Xil Mansano olacaq. Ona Dieqo Barbero və Quadalupe Porras Ayyuso kömək edəcəklər. Dördüncü hakim funksiyasını Xuan Martines Munuera yerinə yetirəcək.
VAR-da Sezar Soto Qrado, onun köməkçisi isə Valentin Qomes olacaq.
"Qalatasaray"ın Portuqaliyada "Sportinq"lə keçirəcəyi görüşün baş hakimi isə norveçli Espen Eskas olacaq. Ona Jan Erik Enqan və Alf Olav Rossland kömək edəcəklər. Dördüncü hakim Sigurd Krinqstad olacaq.
VAR otağında Almaniyadan Kristian Dinqert, onun köməkçisi kimi isə belçikalı Bram Van Drişşe fəaliyyət göstərəcək.