"Karvan-Yevlax" heyətinə daha bir legioner cəlb edib. Sport24.az xəbər verir ki, I Liqada mübarizə aparan klub cənubi koreyalı futbolçu qatıb.
Bölgə təmsilçisi Onyeka Obijohn ilə ortaq məxrəcə gəlib. 20 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Obijohnun son olaraq Cənubi Koreyenın ıı Liqasında çıxış edən "Pocheon Citizen" klubunun formasını geyinib. Çox maraqlıdır ki, futbolçu həmçinin Nigeriya vətəndaşlığına da malikdir.