Misli Premyer Liqasında dörd turdan sonra komandaların çempionluq şansları yenilənib. Sport24.az xəbər verir ki, bu barədə "Football Meets Data" məlumat yayıb.
Azərbaycan çempionu "Sabah" titulunu qorumağa əsas namizəd göstərilib. "Bayquşlar"ın mövsümün sonunda yenidən çempion olması ehtimalı 55 faiz qiymətləndirilib.
"Qarabağ"a isə 37 faiz şans tanınıb.
"Zirə" və "Neftçi"nin çempionluq ehtimalı isə eyni – 4 faiz olaraq göstərilib.