"Qarabağ"dan ayrılan Mateuş Koxalskinin yeni ünvanı məlum olub. Sport24.az xəbər verir ki, qolkiper "Veçista" ilə müqavilə imzalayıb.

 

Bu barədə Polşa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Koxalski ilə anlaşmanın detalları açıqlanmayıb.

 

Qeyd edək ki, 2024-cü ilin yayında "Qarabağ"a keçən polşalı qapıçı bu müddətdə 76 oyun keçirib. O, komandayla Azərbaycan çempionu olub (2024/25), UEFA Çempionlar Liqasının 1/8 finala vəsiqə uğrunda pley-offuna qədər irəliləyib və turnirdəki 40 seyvlə "Top-3"də qərarlaşıb.