İngiltərənin "Liverpul" klubu "Turkish Airlines"in gələn mövsümdən etibarən klubun yeni titul sponsoru olacağını açıqlayıb. Sport24.az "Liverpool Echo" portalına istinadən xəbər verir ki, Türk Hava Yolları ilə tərəfdaşlıq rəsmi olaraq 2027-ci ilin iyunun 1-dən başlayacaq. Müqavilə beş il müddətinə nəzərdə tutulub və ümumi dəyəri 300 milyon funt sterlinqdir.
Türk Hava Yollarının loqotipi "Liverpul"un oyun formalarının ön hissəsində görünəcək və 2010-cu ildən bəri on yeddi mövsüm ərzində "qırmızılar"ın əsas sponsoru olan "Standard Chartered"-i əvəz edəcək.
Lakin Standard Chartered ilə tərəfdaşlıq bitməyəcək. 2027/28 mövsümündən etibarən bank "qırmızılar"ın qlobal tərəfdaşlarından biri olacaq.