Nüfuzlu "France Football" nəşri "İlin ən yaxşı məşqçisi" mükafatına namizəd olan beş mütəxəssisin adını açıqlayıb. Sport24.az xəbər verir ki, namizədlərin adları jurnalının təşkil etdiyi mərasimdə açıqlanıb.

 

Siyahıda "Arsenal"ın baş məşqçisi Mikel Arteta, PSJ-dən Luis Enrike, "Aston Villa"nın çalışdırıcısı Unai Emeri, "Bavariya"nın "sükanı arxasında" yer alan Vinsent Kompani və İspaniya millisinin çalışdırcısı Luis de la Fuente yer alıb.