Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Rakuv" klubu yeni baş məşqçi təyin edib. Sport24.az xəbər verir ki, klub Tomaş Kaçmareklə 3 illik müqavilə imzalayıb. O, Misir, İsveç, Almaniya, Niderland və Polşada çalışıb.

 

Qeyd edək ki, bundan əvvəl kluba David Kroçek və Davit Şulçek rəhbərlik edib.

 

Əlavə edək ki, ilk 6 turun nəticələrinə əsasən "Rakuv" turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb və hələ də xal qazana bilməyib.