35 yaşlı futbolçu Marius V. komanda yoldaşı Filip L.-i zəhərləməkdə şübhəli bilinərək həbs edilib. Sport24.az xəbər verir ki, bu barədə "Needtoknow" portalı məlumat yayıb.

 

Hadisə "TUS Rokenberq" komandasının ötən mövsümün sonunda Drezdenə səfəri zamanı baş verib. 30 yaşlı Filip səfər zamanı xəstələnib və evə qayıtdıqdan sonra vəziyyəti kəskin şəkildə pisləşib. Futbolçu 2025-ci ilin iyunun 16-da xəstəxanada vəfat edib. Ölüm səbəbi sonradan zəhərlənmə nəticəsində yaranan septik çoxorqan çatışmazlığı kimi müəyyən edilib.

 

Mərhumun yaxınları əvvəlcə onun komandanın səfər zamanı yediyi balıqdan zəhərlənə biləcəyindən şübhələnirdilər. Lakin müstəntiqlər şübhələrini sentyabrın 1-də - toyundan iki həftə əvvəl həbs edilən Marius W.-yə yönəldiblər. Prokuror Tomas Hauberger bildirib ki, müstəntiqlər hadisənin qisas aktı olduğuna inanırlar. Şayiələrə görə, iki futbolçu uzun müddətdir bir qadın üstündə münaqişədə olublar. Şübhəli hələ də həbsdədir və hələlik iddialara münasibət bildirməyib.