"Ayaks"ın yarımmüdafiəçisi Sofyan Amrabat Mərakeş millisində çıxışlarını dayandırdığını açıqlayıb. Futbolçu Məhəmməd Uahbi baş məşqçi olduğu müddətcə heyətdə oynamaqdan imtina edib. Sport24.az xəbər verir ki. bu barədə ESPN məlumat yayıb.

 

"Bu, çox çətin bir qərar idi, amma hazırkı məşqçinin rəhbərliyi altında millidə oynamaq istəmirəm.

Mərakeşi təmsil etmək karyeramın ən böyük şərəfidir. 12 il əvvəl ilk dəfə çağırıldığımdan bəri ölkəm üçün hər şeyimi vermişəm və milli komandanın formasını qürurla geyinmişəm. Mərakeşə və bu komandanın mənim üçün ifadə etdiyi hər şeyə olan sevgim heç vaxt dəyişməyəcək.

Millidən birdəfəlik getmirəm. Gələcəkdə yenidən Mərakeşdə oynamaq üçün qapını bağlamaq niyyətində deyiləm", - deyə Amrabat bildirib. 

 

Uahbi bu ilin martından, Vəlid Reqraqinin gedişindən sonra Mərakeş millisinə rəhbərlik edir. 

Baş məşqçi dəyişikliyindən sonra Amrabat komandanın əsas heyətdən kənarda qalıb. yarımmüdafiəçi DÇ-2026-da 3 matçda oynayıb və bunlardan ikisində əvəzləmədən meydana çıxıb.

 

Qeyd edək ki, 30 yaşlı Amrabat Mərakeş yığmasında 78 oyun keçirib. O, DÇ-2022-nin qəhrəmanlarından biri kimi yadda qalıb.