"Sabah" heyətinə daha bir futbolçu qatıb. Sport24.az-ın məlumatına görə, "Jil Visente" klubu hücumçusu Karlos Eduardonun Azərbaycan təmsilçisinə keçdiyini açıqlayıb.

24 yaşlı forvard mövsümün sonunadək icarəyə götürülüb.

"Sabah" braziliyalı oyunçunu birdəfəlik almaq hüququna da malikdir.

Qeyd edək ki, Karlos Eduardo 2025-ci ildən "Jil Visente"də çıxış edib.