"Napoli"nin yarımmüdafiəçisi Skott MakTominay ürək əməliyyatı keçirib. Sport24.az xəbər verir ki, bu barədə Neapol təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
29 yaşlı şotland futbolçuya əvvəllər yüngül dərəcəli xoşxassəli aritmiya diaqnozu qoyulmuşdu. Prosedur uğurlu keçib və yarımmüdafiəçinin təxminən iki həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Qeyd edək ki, MakTominay bu mövsüm "Napoli"nin heyətində iki oyun keçib.