"Aston Martin"in Formula-1 üzrə 4 qat dünya çempionu Maks Ferstappenə verdiyi təklif bəlli olub. Sport24.az xəbər verir ki, "Red Bull"in niderlandlı pilotuna 3 ilə 264 milyon avro maaş ödəniləcək.

 

İtaliya mətbuatı rekord müqavilənin maliyyə dəstəyinin Səudiyyə Ərəbistanındakı fondlardan birinin həyata keçirəcəyini yazıb. Məlumatda ərəblərin "Aston Martin"in səhmlərini almaqda maraqlı olduğu da bildirilib.

 

Qeyd edək ki, ötən mövsümdə "Red Bull"un uğurlarında böyük pay sahibi olan mühəndis Edrian Nyui "Aston Martin"ə keçib. Məhz bundan sonra Ferstappenin də eyni addımı atacağı xəbərləri yayılmışdı.